“Rafiq Tağı Mükafatı” təsis edildi

rafiq-tagi-mukafati-tesis-edildi
Oxunma sayı: 645



Hərəkatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, mükafat hər il Rafiq Tağının vəfat günündə hazırda Azərbaycanda maarifçilik istiqamətində fəaliyyət göstərən, ölkədə Avropa və ümumbəşəri dəyərlərin yayılmasına xidmət edən 3 nəfərə veriləcək.

Mükafatın qalibləri son 1 ildə Azərbaycan insanının xöşbəxtliyi üçün etdiyi fədakarlığa görə müəyyənləşdiriləcək: “Rafiq Tağı Azərbaycan ədəbiyyatında öz hekayələri və publisistik yazıları ilə böyük işlər görüb. Onun cəmiyyətin maariflənməsi istiqamətində gördüyü işlər Azərbaycan insanın inkişafında, ölkədə ümumbəşəri dəyərlərin yayılmasında müstəsna rol oynayıb. Rafiq Tağının ölümündən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, ona qarşı sui – qəsd edən şəxs(lər)in hələ də tapılıb cəzalandırılmaması isə bizi narahat edən məsələlərdəndir. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, Dalğa Gənclər Hərəkatı Rafiq Tağının əziz xatirəsinə “Rafiq Tağı Mükafatı” təsis edir”.

Qaliblər aşağıdakı qaydada mükafatlandırılacaq:
Birinci yer – qalibin 1000 tirajla kitabı çap olunacaq
İkinci yer – pul mükafatı
Üçüncü yer – pul mükafatı

Qaliblər Dalğa Gənclər Hərəkatının İdarə Heyəti Tərəfindən seçiləcək.

Qeyd edək ki, Rafiq Tağı keçən il 19 noyabr tarixində naməlum şəxs(lər) tərəfindən sui – qəsdə məruz qalaraq, aldığı bıçaq yaralarından 23 noyabr tarixində xəstaxanada vəfat edib.