Rafiq Tağının 40 mərasimi olacaq

rafiq-taginin-40-merasimi-olacaq
Oxunma sayı: 661

Mərhum yazıçının qardaşı Alim Tağıyev “Media forum” saytına deyib ki, qırx mərasimi Bakıda, Ələddin Quliyev küçəsi, 2 A ünvanında (Bakı Şəhər Baş Polis İdarəsinin yeni binasının arxasında) olacaq: “Yas mərasimi qadınlar üçün saat 1-ə qədər, kişilər üçün isə saat 14-dən sonra təşkil ediləcək. Saat 12-də qəbir ziyarətinə çıxılacaq”.

Rafiq Tağı noyabrın 19-da Bakıda bıçaqlanıb və noyabrın 23-də müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. Bakının “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.