“Rafiq Tağının qətlinin sifarişçisi bəllidir”

rafiq-taginin-qetlinin-sifariscisi-bellidir
Oxunma sayı: 861

Xədicə İsmayılı proqramın aparıcısı Elxan Şahinoğlunun “Rafiq Tağının ölümünün kənardan sifariş edilməsinə dair şübhələr nə qədər əsaslıdır” sualına velə cavab verib: “Rafiq Tağı öz əcəli ilə ölməyib. Qətlin sifarişçisi və içracısı ilə bağlı müxtəlif versiyalar var. Rafiq Tağı ölüm ayağında İranın və radikal islamçıların adını çəkib. Rafiq Tağını həfəd edən İran ayətullaları olub, yazıçının ölümünə fitva verən onlardır. Bu fitva olmasaydı Rafiq Tağı qətl edilməzdi. Yəni qətlin sifarişçisi bəllidir. Ona görə də bu qətlə görə onlar öz yaxalarını kənara çəkə bilməzlər. Sosial şəbəkələrdə İranı müdafiə edənlər Rafıq Tağının ölümündən sevinclərini idafə edirlər. İranın “Səhər” televiziya kanalı Rafiq Tağının ölümü ilə bağlı reportajlarında yazıçını mürtət adlandırır”.

Eyni suala cavab verən Rahim Hacıyev İranın soz zamanlar Azərbaycana qarşı hədələrinin sayının artmasına diqqəti çəkib: “Azərbaycanda İrana qarşı tənqidi münasibət bəsləyən insanlara qarşı hədələr açıq-aşkar artıb. Hazırda İran ağır dövrünü keçirir. İran faktiki özünü dünyadan təcrid edib, Qərblə yanaşı İslam dünyanın böyük hissəsi ilə də münasibətləri gərgindir. Görünür, İran Azərbaycanı hədələməklə Qərbə onu göstərir ki, biz əlimiz çatan yerlərdə ciddi aksiyalar həyata keçirəcəyik. Ona görə də Rafiq Tağının qətli ilə bağlı İran versiyasının gündəmə gəlməsi ağlabatandır”.

Proqramın tamamını aşağıdakı linkdən izləyə bilərsiniz:

http://www.youtube.com/watch?v=s9NQkkibX8A&feature=youtu.be