Rafiq Tağıya həsr edilən beynəlxalq jurnal çıxdı - 25-ci kadr

rafiq-tagiya-hesr-edilen-beynelxalq-jurnal-cixdi-25-ci-kadr
Oxunma sayı: 729

Foto-jurnalın bu sayında Şimali Koreya, Uilyam Smitin “Cənnət bağı”, XX əsrin əvvəllərində uşaq əməyini göstərən Luis Haynın qul körpə əməkçilərindən bəhs edən maraqlı fotoreportajlar öz əksini tapıb. Həmçinin foto-jurnalda XX əsrin əvvəllərində Azərbaycanda çəkilmiş maraqlı fotolar, “National Geographic”-in 2011-ci il üçün seçdiyi ən gözəl fotolar və yerli fotoqrafların reportajları dərc olunub.

“25-ci Kadr” foto-jurnalının 4-cü sayında bir neçə gün əvvəl qətlə
yetirilmiş mərhum yazıçı Rafiq Tağıya da xüsusi yer verilib. “25-ci
Kadr” foto-jurnalı mərhum yazıçıya ithaf olunub.

Jurnalı Əli və Nino kitab mağazalarında, Azad Fikir Universitetindən
və müəlliflərdən ala bilərsiniz.