Rafiq Tağıya qəsdin üstü açılacaqmı?

rafiq-tagiya-qesdin-ustu-acilacaqmi
Oxunma sayı: 640

Yazıçı Rafiq Tağı bu ilin noyabr ayında Bakıda bıçaqlanıb və müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. İstintaq Cinayət Məcəlləsinin 120.1 - qəsdən adam öldürmə maddəsi ilə aparılır.

“Media forum”un keçirdiyi internet sorğusunda 105 dəfə səs verilib. Nəticələr belə olub:

Açılmayacaq – 82
Cavab verməyə çətinlik çəkirəm – 10
Gec açılacaq – 8 səs
Tezliklə açılacaq – 5 səs.

Səsvermədə iştirak etmiş hər bir şəxsə təşəkkürünü bildirən “Media forum” saytı qeyd edir ki, internet sorğusunda sosioloji parametrləri gözləmək mümkün olmadığından və bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün tətbiq edilən texniki məhdudiyyətlər şərti xarakter daşıdığından bu tipli sorğuların nəticələri həqiqi ictimai rəylə üst-üstə düşməyə bilər.

Sayt diqqətə çatdırır ki, bu sorğu nəticələrinin onun xüsusi qeyd hissəsi olmadan dərc edilməsi, yayılması və ya başqa formada istifadəsi yolverilməzdir.