Rahibələr 500 min dollar oğurlayıb qumarda xərclədilər

rahibeler-500-min-dollar-ogurlayib-qumarda-xerclediler
Oxunma sayı: 1481

ABŞ-da Meri Marqaret Kreuper və Lana Çanq adlı iki rahibə işlədikləri məktəbdən 500 min dollar oğurlayaraq Las-Veqasda qumarxanada xərcləyiblər.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, iki yaxın dost olan Kreuperlə Çanq Müqəddəs Ceysm Katolik Məktəbində çalışıblar. Onlar 500 min dolları işlədikləri 10 il ərzində mənimsəyiblər.

Rahibələr pulu məktəb xərcləri, ianələr və digər ödənişlərdən ələ keçiriblər. Los-Anceles başyepiskopluğu pulun itdiyini yoxlamalar zamanı öyrəndiklərini bildirib.

Bu il təqaüdə çıxan Meri ilə Lana məktəbin rahibi Maykl Meyers vasitəsilə etdiklərinə görə peşman olduqlarını dilə gətirib və hər kəsdən üzr istəyiblər.