Rahid Əmirquliyev rekordçu olacaq

rahid-emirquliyev-rekordcu-olacaq
Oxunma sayı: 643

Belə ki, indiyədək 47 futbolçu avrokuboklarda “Xəzər Lənkəran” forması geyib. Estoniya təmsilçisinə qarşı matçda debüt edəcək oyunçular bu rəqəmi artıracaq. Ən çox oyun keçirən 3 futbolçudan ikisi – Rahid Əmirquliyevlə Alim Qurbanov isə qitə kuboklarında mütləq rekordçu ola bilər. Məşqçi Zaur Ramazanov kimi 8 oyun keçirən cütlük önə keçmək imkanı əldə edib.

Komandanın kapitanı olan Rahid avrokubok matçına ilk dəfə kapitan sarğısı ilə çıxacaq. Ona qədər Kamran Ağayev 4, Samir Əliyevlə Dmitri Kramarenko hərəyə 2, Emin Quliyevlə Zaur Ramazanov isə 1 dəfə buna nail olub.

Zaur Ramazanovun digər rekordu isə hamıdan çox 3 qol vurmasıdır. Ondan başqa Samir Əliyev, Allan Lalin, Junior Osvaldo və Andrey Mureşan hərəyə 1 dəfə fərqləniblər. Onlardan heç biri indi komandanın heyətində deyil.