Ramal Türkiyəyə üz tutan müğənnilərimizə meydan oxudu

ramal-turkiyeye-uz-tutan-mugennilerimize-meydan-oxudu
Oxunma sayı: 641

“Qafqazinfo”ya açıqlama verən ifaçı bildirib ki, hazırda 3 mahnı üzərində çalışır. Ramal bu mahnıları ilə Türkiyədə böyük layihəyə imza atacağını söyləyib: “Bu gün Aygün Kazımova, Brilliant Dadaşova, Röya Türkiyə estradasına axın edirlər. Estradamıza dəb düşüb. Azəri qızı kimi Tükiyədə tanınan, yaxın dostum Günel də mənə debüt etməyimi məsləhət gördü. Müğənni Röya və digərləri Soner Sarıkabadayının mahnısı ilə Türkiyə səhnəsinə çıxdılar. Bu bir faktdır ki, bəlli bir insanların adlarından istifadə etmək, tanınmaq üçün mühüm vasitələrdən biridir. Mən yeganə müğənni olaraq öz bəstə, aranjiman və ifamla Türkiyə şou-biznesinə çıxacağam. Gələcəkdə sizi bir sürpriz gözləyir. Mən türk estradasının məşhur müğənnisi ilə duet oxumağı da planlaşdırıram. Türkiyənin tanınmış müğənnisi Alişan mənim dostumdur. Mənim mahnımı da ifa edib”.

Aynur Babayeva