Ramal yarıçılpaq qızlarla təqdimat etdi- - Fotolar

ramal-yaricilpaq-qizlarla-teqdimat-etdi-
Oxunma sayı: 9397



“Qafqazinfo”nun məlumatına görə,  müğənni tanınmış məkanların birində mətbuat nümayəndələri və şou əhlini başına toplayaraq sözləri və musiqisi  özünə məxsus olan “Biletini alma” mahnısına çəkdirdiyi yeni klipini təqdim edib. Təqdimatda ən yadda qalan məqamlardan biri Ramal İsrafilovun səhnəyə yarıçılpaq rəqqasələr ilə çıxması olub. Daha sonra sənətçi müsabiqə qaliblərinə istirahət mərkəzləri üçün  biletlər təqdim edib.

“Bu mahnını çox bəyənirəm. Bu mahnı ətrafında Aygün Kazımova ilə problemlər yaşandı. Lakin mən acıq vermək üçün klip  çəkdirməmişəm. Ürəyim istədiyi üçün külli miqdarda vəsait sərf etmişəm və ekran işi ərsəyə gətirmişik. Ekran işində əməyi keçən hər kəsə minnətdaram”-, deyə müğənni bildirib.

 Təqdimata Elza Seyidcahan, Natavan Həbibi, Günay İbrahimli, Kərim Abbasov, Emil Bədəlov,Mirkamil Kamilov, Elnur  Məmmədov, Xatun və başqaları qatılıb.