Ramazan Abdulatipovun deputat qardaşı saxlanılıb

ramazan-abdulatipovun-deputat-qardasi-saxlanilib
Oxunma sayı: 1282

Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovun qardaşı, deputat Racab Abdulatipov saxlanılıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, Abdulatipov bu gün xüsusi xidmət orqanları əməkdaşları tərəfindən saxlanılaraq dindirilmək üçün Federal Təhlükəsizlik Bürosuna aparılıb. İlkin məlumata görə, o, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. 

Deputatın ofisində axtarış aparılır. Faktla bağlı rəsmi açıqlama yoxdur.