Ramazan ayında temperatur rekord həddə çatacaq

ramazan-ayinda-temperatur-rekord-hedde-catacaq
Oxunma sayı: 2013

İslaminsesi.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, sinoptiklər  Ramazan ayında müsəlmanların müqəddəs şəhərləri olan Məkkə və Mədinədə tempraturun həddindən artıq yüksək olacağını bildirib.

Meteoroloqların proqnozlarına görə, Ramazan ayında həmin şəhərlərdə  kölgədə havanın temperaturu 50°C-yə yüksələcək. Buna səbəb Ramazan ayının yay fəsilinin ortasına düşməsidir.  Bu da Səudiyyə Ərəbistanında ən isti mövsüm sayılır.

Qeyd edək ki, hazırda Məkkə və Mədinə şəhərələrində havanın  tempraturu 41-45°C təşkil edir.