Ramazan ayının 16-cı gününün duası...

ramazan-ayinin-16-ci-gununun-duasi
Oxunma sayı: 3528

Sabah Ramazan ayının 16-cı günüdür.

"Qafqazinfo", Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə görə, mayın 21-də Bakıda imsak saat 03:35, iftar isə saat 20:11-dədir.

Ramazan ayının 16-cı gününün duası:

"Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin".

Tərcüməsi:

"İlahi, bu ayda məni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et və məni şər adamlarla rastlaşmaqdan uzaq et. Öz rəhmətinlə mənə bu ayın xatirinə axirətdə qərar evində sığınacaq ver, Allahlığın xatirinə ey aləmlərin Rəbbi!"