Ramazana görə kampaniya başladı

ramazana-gore-kampaniya-basladi-
Oxunma sayı: 643

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Kanadalı müsəlman hüquqşünas Ziyad Mia Toronto şəhərində orucluq ayı boyu davam edəcək yeni kampaniya başladıb.

“30 dollar ver!” adlı kampaniya ilə şəhərdə Ramazan ayı boyu dinindən asılı olmayaraq, yoxsul insanların gündəlik qida tələbatının ödənilməsi nəzərdə tutulur. Kampaniyaya bir çox könüllünün də qoşulduğunu deyən Mia məqsədlərinin kasıb insanların yetərli qidalana bilməyən insanlara yardım göstərmək olduğunu bildirib.

Vətəndaşlardan kampaniya çərçivəsində yaratdıqları “ərzaq bankı”na hər gün 1 dollar salmalarını istədiklərini deyən hüquqşünas müsəlmanları və qeyri-müsəlmanları fəal olmağa çağırıb.

Məlumat üçün deyək ki, 32,8 milyonluq Kanada əhalisinin 2,8%-i müsəlmandır. İslam xristianlıqdan sonra ölkədə ən çox mənsubu olan ikinci dindir.