Ramazanda alış-veriş – - Məsləhətlər

ramazanda-alis-veris-
Oxunma sayı: 915


“Qafqazinfo”ya açıqlama verən ekspert iftar saatına yaxın deyil, günortadan əvvəl sakit vaxtlarda alış-veriş etmələrini təklif edir. Ramazanın gəlişi ilə, başda televiziya kanalları olmaq üzrə mətbuat , media və nəşr orqanlarında xüsusilə qida maddələriylə bağlı reklamların yemək proqramlarının çoxaldığını ifadə edən ekspert, oruc tutmaqdan qaynaqlanan aclıq hissinin qida mübadiləsini artırdığını ifadə etdi. Ekspert, Ramazanda insanların şüursuz qida mübadiləsi etmə meylində olduğunu, bu vəziyyətin də ehtiyac duyulandan daha çoxunun satın alınması, hətta ehtiyac duyulmayan məhsulların də alınması kimi nəticələr doğurduğunu ifadə etdi. 

Alış-verişə siyahı ilə gedin

Mənfi halların yaşanmaması üçün mütləq siyahı tutulmalı və siyahıya sadiq qalınması lazım olduğunu vurğulayan Ekispert, "Aclıq hissinin maxsimum yuxarı olduğu iftar saatına yaxın zaman kəsimlərində deyil, günortadan əvvəl sakit vaxtlarda alış-veriş edilməlidir" deyə bildirmişdir. Ekispert, alış-verişdən sonra çek alınması və bunların da bir müddət saxlanmasına işarə edərək, xüsusilə qida maddələrinin etiket məlumatları, istehlak tarixi, rəf ömürü və qablaşmasına nəzarət edilməsi lazım olduğuna diqqəti çəkdi. Siyahı ilə alış-veriş zamanı siz aşağıdakı hallardan sığortalanmış olursunuz.

Büdcənizi nəzarətdə saxlaya biləcəksiniz

Kassada qarşılaşacağınız xoşagəlməz halların qarşısını almış olursunuz (üzərinizdə pul olmaya bilər buda sizi pis vəziyyətə düşürə bilər)

Sağlam yaşamınızı riskə atmırsınız (kökəlmə və s) kimi təhlükələrdən uzaq olursunuz.

Vaxtınıza qnaət etmiş olursunuz (siyahı olduqda planlı şəkildə sizə lazım olan şöbəyə gedirsiniz və yolda vitrin aralarında, şöbə önlərində vazt itirmirsiniz)

Artıq qida alıb israfdan qurtulursunuz.

Endirimlərə aldanmayın

Qablaşdırılmış məhsulları seçim etmənin daha sağlam olduğunu bildirən Ekispert, endirimli satış qiymətlərinin həqiqi endirim olub olmadığına diqqətli olmağı bildirir. Endirimli məhsullar çox vaxt son istifadə tarixinə az qalmış qida və yaxudda qeyri qida məhsulları olur və ya məhsul düzgün saxlanılmayıb deyə artıq keyfiyyətini itirmək üzrədir, bir digər halsa saxta məhsulların vitrində yer alması endirimlərin olmasına səbəb olur, alıcıların bu cür hallara aldanmamağı tövsiyyə olunur. Kredit kartıyla edilən alışverişlərdə daha diqqətli davranılması lazım olduğuna diqqəti çəkən Ekispert bunları qeyd etdi: 

Kredit kartı ilə alış-veriş zamanı mağazalarda tutulan faizlər və yaxudda hissə-hissə ödəmə haqqında kassirdən dəqiq məlumat almalı , kartı verdikdən sonar şifrəni gizlin daxil etməli və prosesə nəzarət etməlidir ki,sonradan xoşagəlməz hallar yaşanamasın. SMS bankçılıq xidmətinə mütləq qoşulmaq tövsüyyə olunur, bəzi hallar olurki kartdan pul çıxılır amma çek terminaldan çıxmır və yaxudda terminal tutulur və s. 2-ci dəfə ödəniş edilir. Nəğdsiz ödəniş oldunduğu zaman dövlət  satış nöqtələrinə daha yaxşı nəzarət edir və vergidən yayınma halları baş vermir.