Ramazanın 9-cu gününün duası

ramazanin-9-cu-gununun-duasi
Oxunma sayı: 2712

Bu gün Azərbaycanda Ramazan ayının səkkizinci günüdür.

“Qafqazinfo”nun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, doqquzuncu gün üçün imsak vaxtı saat 03:31-də, iftar isə saat 20:15-dədir.

Ramazan ayının 9-cu gününün duası:

“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”.

Tərcüməsi: “İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!”.

Allah orucunuzu qəbul etsin!