Ramazanın altıncı gününün duası - İmsak və iftar vaxtı

ramazanin-altinci-gununun-duasi
Oxunma sayı: 5284

Bu gün Azərbaycanda Ramazan ayının beşinci günüdür.

“Qafqazinfo” xəbər verir ki, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, altıncı gün üçün imsak vaxtı saat 03:34, iftar vaxtı isə 20:12-yə təyin olunub.

Altıncı günün imsak vaxtı üçün duasını təqdim edirik:

“Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin”.

Tərcüməsi: ”İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul etsin!