Ramil Quliyev növbəti qızıl medalını qazandı - Video

ramil-quliyev-novbeti-qizil-medalini-qazandi
Oxunma sayı: 2114

Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev növbəti uğurunu qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Quliyev Böyük Britaniyanın Birmingem şəhərində keçirilən “Brilliant Liqa” yarışlarında 200 metr məsafəyə qaçışda hamıdan sürətli olub.

20,17 saniyə nəticə göstərən Ramil qızıl medal qazanıb.

İkinci yerdə ABŞ idmançısı Amir Uebb (20,26 saniyə), üçüncü yerdə isə kanadalı Aaron Braun (20,30 saniyə) yer alıb.

Qeyd edək ki, Ramil Quliyev avqustun 11-də Londonda atletika üzrə dünya çempionatında da 200 məsafəyə qaçışda qızıl medal qazanmışdı.