Ramil Səfərov üçün imza kampaniyası başladı

ramil-seferov-ucun-imza-kampaniyasi-basladi
Oxunma sayı: 657

Bu barədə ANS Press-ə dərnəyin sədri Göksel Gülbey məlumat verib. Bu məqsədlə İğdır şəhəri Zübeydə Xanım bulvarında stend quran Gülbey Ramil Səfərovun qalan cəzasının Azərbaycanda çəkməsini təmin etmək üçün bu addımı atdıqlarını deyib.

Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası alıb.Gülbəy belə bir hadisənin tarixdə də baş verdiyini deyib: “Osmanlı vəzirlərindən Mehmet Tələt Paşa 1921-ci il martın 15-də erməni Soqomon Tehliryan tərəfindən Berlində sui-qəsdlə öldürülüb. Almaniya məhkəməsi 1.5 gün davam edən məhkəmə prosesindən sonra Soqomon barəsində bəraət qərarı verib. Buna səbəb kimi 1915-ci ildə baş vermiş qondarma erməni soyqırımına görə Tehliryanın keçirdiyi əsəb gərginliyinə görə təhrik olması göstərilib”.Gülbey Ramil Səfərovun da ağır təhrik və təhqirlərə məruz qalaraq bu cinayəti işlədiyini deyib.

Dərnək sədri həmçinin azərbaycanlı zabitin psixoloji vəziyyətinin nəzərə alınaraq yenidən mühakiməsini tələb etdiklərini deyib.Topladıqları imzaları Macarıstan səfirliyinə göndərəcəklərini bildirən Göksel Gülbey bütün iğdırlılardan dəstək gözlədiklərini deyib.