Ramil Şeydayev ilk qolunu “Qəbələ”yə vurdu - Video

ramil-seydayev-ilk-qolunu-qebeleye-vurdu
Oxunma sayı: 2229

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 15-vi tur çərçivəsində keçirilən görüşdə "Qarabağ" "Qəbələ"ni 5:3 hesabıyla məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfində əvəzedici heyətə göndərilən Ağabala Ramazanov və Ramil Şeydayev "qırmızı-qaralar"la matçda fərqləniblər. Ramazanov 2, Şeydayev isə 1 dəfə rəqibi məyus edib. "Qəbələ"nin də heyətində millimizin üzvü olan Elvin Məmmədov dubla imza atıb.
 
Əvəzedicilərin yarışında turnir cədvəlinə 35 xalla "Qəbələ" başçılıq edir. "Səbail" 27 xalla ikincidir. "Qarabağ" 17 xalla 6-cı yerdə qərarlaşıb.
 
“Qarabağ” – “Qəbələ” – 5:3
Qollar: Ramil Şeydayev, 21; Ağabala Ramazanov, 34, 45; Salman Cəfərov, 47; Famil Camalov, 61 // Kamran Quliyev, 38; Elvin Məmmədov, 85, 87