Ramil Şeydayev Rusiya Premyer Liqasında ilk oyununa çıxıb

ramil-seydayev-rusiya-premyer-liqasinda-ilk-oyununa-cixib
Oxunma sayı: 3182

Rusiya Premyer Liqasının 4-cü tur matçında Moskva “Lokomotiv”i Samaranın “Krılya Sovetov” komandası ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Samara Arena”da keçirilən oyun “Lokomotiv”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolun müəllifi yarımmüdafiəçi Qjeqoj Krıxovyak olub. 

Qeyd edək ki, “Lokomotiv”-“Krılya Sovetov” qarşılaşmasında  Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev ikincinin heyətində ilk oyununa çıxıb. O, 82-ci dəqiqədə Vladimir Poluyaxtovu əvəz edib.