Ramil Şeydayev Slovakiya çempionu oldu

ramil-seydayev-slovakiya-cempionu-oldu
Oxunma sayı: 643

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Jilina” ilə birgə Slovakiya çempionu olub.
 
"Qafqazinfo" xəbər verir ki, Ramilin komandası bu gün 26-cı turda səfərdə ən yaxın izləyicisi “Slovan”a 1:0 hesabı ilə qalib gələrək növbəti çempionluğu rəsmiləşdirib. Bu matçda Şeydayev 90 dəqiqə meydanda olub və 65-ci dəqiqədə sarı vərəqə alıb.
 
Hazırda “Jilina” 61 xalla liderdir, “Slovan” isə 48 xalla ikincidir. "Jilina"nın ehtiyatda 5, “Slovan”ın isə 4 oyunu qaldığını nəzərə alsaq, bundan sonrakı bütün matçların nəticəsindən asılı olmayaraq “Jilina” birinciliyi qoruyacaq.