Ramil Usubov daha bir qohumuna yüksək vəzifə verdi

ramil-usubov-daha-bir-qohumuna-yuksek-vezife-verdi-
Oxunma sayı: 647

Məlumat üçün bildirək ki, Bədən Tərbiyəsi İnstitutunun məzunu olan Süleyman Həsənov daha sonra Polis Akademiyasını bitirib.

O, bir müddət daxili işlər naziri Ramil Usubovun köməkçisi də işləyib. Süleyman Həsənov bu təyinata qədər isə Təhqiqat İdarəsində baş təhqiqatçı vəzifəsində çalışıb.

Bu arada maraq üçün bir məqamı da qeyd edək ki, bu vaxta kimi nazir Usubov iki oğlunu və digər yaxın qohumlarını da rəhbərlik etdiyi qurumda yüksək vəzifələrə təyin edib. Bu barədə mətbuatın yazdığı faktların və tənqidlərin heç biri nəzərə alınmayıb. Belə ki, Azərbaycanda qəbul edilən “Korrupsiya haqqında” qanuna əsasən vəzifəli şəxslərin yaxın qohumlarının tabelikdə işləməsi yolverilməzdir. Lakin, gördüyümüz kimi bu sənəd qanunun keşiyində duran huquq-mühafizə orqanının ən yüksək rütbəlisi tərəfindən dəfələrlə pozulur.