Ramil Usubov generalı təqaüdə göndərdi

ramil-usubov-generali-teqaude-gonderdi
Oxunma sayı: 10607

Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib.

Qafqazinfo” “APA”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

DİN-dən APA-ya faktı təsdiqləyiblər.