Ramil Usubov iclas keçirir

ramil-usubov-iclas-kecirir
Oxunma sayı: 2321

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, musavat.com-un yaydığı xəbərə görə, respublikanın bütün şəhər və rayonları üzrə idarə və şöbə rəislərinin iştirakı ilə keçirilən kollegiya iclasına daxili işlər naziri, general-polkovnik Ramil Usubov sədrlik edir.

Kollegiya iclası 2017-ci ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.