Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Goranboy rayon polis şöbəsinin sabiq rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlunu yeni vəzifəyə təyin edib.
“Qafqainfo”nun Unikal.org-a istinadən verdiyi məlumata görə, Ramil Usubovun müvafiq əmri ilə F.Azadəliyev Bakı Baş Polis İdarəsinin Əməliyyat Statistik İnformasiya İdarəsinin rəisi təyin olunub.
Xəbəri Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov təsdiqləyib.
Xatırladaq ki, F.Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bu ilin fevral ayında o, Ramil Usubovun müvafiq əmri ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdü.