Ramil Usubov jurnalistlə bağlı göstəriş verdi

ramil-usubov-jurnalistle-bagli-gosteris-verdi
Oxunma sayı: 637

Bu barədə “Qafqazinfo”ya jurnalistin özü məlumat verib. O bildirib ki, nazir Ramil Usubovun göstərişi ilə DİN-in əməkdaşı, polis polkovnik-leytenant Asif Qubadov tərəfindən təhqiqata başlanılıb.

F.İlqaroğlu deyib ki, aparılan təhqiqatla bağlı bu gün Daxili İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, mitinq zamanı döyülən vaxt Fərahim İlqaroğlunun əynində üzərinə “Press” yazılmış gödəkcə olub. Jurnalist zərbə aldığına görə ciddi sıxıntı keçirib.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu daxili işlər nazir Ramil Usubova rəsmi müraciət ünvanlayaraq jurnalistin xəsarət alması ilə bağlı məsələni araşdırmağı xahiş edib.