Ramil Usubov kollegiya iclası keçirir

ramil-usubov-kollegiya-iclasi-kecirir
Oxunma sayı: 4954

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, respublikanın bütün şəhər və rayonları üzrə idarə və şöbə rəislərinin iştirakı ilə keçirilən kollegiya iclasına daxili işlər naziri, general-polkovnik Ramil Usubov sədrlik edir.

Kollegiya iclası 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.