Ramil Usubov: “Müasir texniki vasitələr tətbiq olunur”

ramil-usubov-muasir-texniki-vasiteler-tetbiq-olunur-
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, bunu Polis Akademiyası məzunlarının buraxılışı və Polis Günü ilə əlaqədar keçirilən tədbirdə daxili işlər naziri Ramil Usubov bildirib. Nazir polisin xalqın əmin-amanlığının keşiyində bundan sonra da ayıq-sayıq dayanacağına ümidvar olduğunu bildirib.
"Azərbaycandakı iqtisadi inkişafın təməlində daxili sabitlik dayanır. Daxili sabitlik və əmin-amanlıq nəticəsində digər sahələrdə də davamlı inkişaf gedir", - Usubov vurğulayıb.

Onun sözlərinə görə, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir və bu siyasət öz müsbət nəticələrini verir. "Aparılan iqtisadi, siyasi, hüquqi islahatlar Azərbaycanı nəinki regionda, Avropada da güclü dövlətə çevirib", - o qeyd edib.

Nazir çıxışında bildirib ki, ölkədə daxili sabitliyin və əmin-amanlığın qorunmasında polisin fəaliyyətini hər bir vətəndaş dəstəkləyir. "Azərbaycanda cinayətkarlığa qarşı mübarizədə ən müasir texniki vasitələr tətbiq olunur. Daxili işlər orqanları hər bir müasir texniki vasitələrlə təmin edilib. DİN-də yaradılmış "102" zəng xidməti və "Təhlükəsiz şəhər" sistemi cinayətkarlıqla mübarizədə səmərəsini verir", - Usubov deyib.

DİN rəhbərinin sözlərinə görə, son illər ölkədə onlarla rayon, şəhər polis idarələri üçün tikilmiş inzibati binalar şəxsi heyətin istifadəsinə verilib.

Nazir Ramil Usubov məzunları təbrik edib, onlara diplomlarını təqdim edib və öz tövsiyələrini verib. Şəxsi heyətin təntənəli keçidi ilə tədbir başa çatıb.