Ramil Usubov radikal dini təriqətlərlə bağlı tapşırıq verdi

ramil-usubov-radikal-dini-teriqetlerle-bagli-tapsiriq-verdi
Oxunma sayı: 2556



Daxili işlər naziri Ramil Usubov radikal dini təriqətlərlə bağlı tapşırıq verib. “Qafqazinfo” xəbər verir ki, dünən DİN-də keçirilən kollegiya iclasında çıxış edən Ramil Usubov deyib ki, cinayətlərin qarşısının alınması, açılması, ölkədə sabitliyin, vətəndaşların əmin-amanlığının, qanuni mənafelərinin etibarlı qorunması, orqan və hissələrdə qanunçuluğun və daxili təhlükəsizliyin möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır: "Eyni zamanda, transmilli mütəşəkkil cinayətkar qruplaşmaların ölkəmizin ərazisindən istifadə etmələrinin, radikal dini təriqətlərin və ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması, bu işə cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən nüfuzlu şəxslərin, tanınmış elm və din xadimlərinin cəlb olunması, qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır".