Ramil Usubov Sumqayıtda görüş keçirəcək

Ramil Usubov Sumqayıtda görüş keçirəcək
Oxunma sayı: 784

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 25-də saat 10:00-da Sumqayıt Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi