Ramil Usubov tanınmış polkovniki təqaüdə göndərdi

ramil-usubov-taninmis-polkovniki-teqaude-gonderdi
Oxunma sayı: 6864

Daxili İşlər Nazirliyinin polkovniki təqaüdə göndərilib.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin rəisi, polis polkovniki Hacımurad Abdullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

***

“Qafqazinfo” xatırladır ki, son günlər gündəm olan avtomobil nömrələrindədə defislərin bərpa olunması ilə polkovnikin işdən azad olunması eyni vaxta təsadüf edir. Sürücülərə nömrələri isə məhz Hacımurad Abdullayevin rəhbərlik etdiyi idarə verir. Bir çox sürücülər defislərin məhz nömrə alınan zaman sözügedən idarənin əməkdaşları tərəfindən 5 manat müqabilində silindiyini bildiriblər. 

***

Unikal.org-un məlumatına görə, İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsi, bundan sonra İmtahan Qeydiyyat və Texniki Baxış İdarəsi kimi fəaliyyət göstərəcək.

Yeni quruma Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Mübariz Şahbazov təyin edilib.