Ramil Usubovla görüş olacaq

Ramil Usubovla görüş olacaq
Oxunma sayı: 1081

Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 28-də saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi