Ramil Usubovla Şirvanda görüş olacaq

Ramil Usubovla Şirvanda görüş olacaq
Oxunma sayı: 755

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il fevral ayının 24-də saat 10:00-da Şirvan Şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

“Qafqazinfo” DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi