Ramil Usubovun maşınının qabağının kəsilməsi xəbərinə - - Reaksiya

ramil-usubovun-masininin-qabaginin-kesilmesi-xeberine-
Oxunma sayı: 12614


“Qafqazinfo” xəbər verir ki, Nazirlik elə sözügedən sayt vasitəsi ilə məsələyə aydınlıq gətirib.

Ehsan Zahidov bildirib ki, yazıda qeyd olunanlar müxbir təxəyyülünün məhsulu və şok xəbər xatirinə uydurulan nağıldır: “Aydınlıq naminə bildirim ki, cənab nazir kortejlə hərəkət etmir və onun xidməti avtomobili hərəkətdə olarkən yol bağlanmır, nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmur”.

O ki qaldı xəbərdə göstərilən vaxt və yerdə saxlanılan «Hundai» markalı avtomobilə, Ehsan Zahidov qeyd edib ki, həmin yerdə yol nişanı sürücüyə sola və sağa hərəkət etməyə icazə verir. Lakin sola düzünə, yəni, Teymur Elçin küçəsinə hərəkət qadağandır: “Həmin avtomobilin sürücüsü isə nişanın tələbinin əksinə olaraq Teymur Elçin küçəsinə keçmək istəyib və həmin vaxt orada xidmətdə olan yol polisi əməkdaşı tərəfindən saxlanılaraq dayandırılıb. Nişanın tələbi ona izah olunub və o hərəkətini nişanın tələbi istiqamətində davam etdirib. Bütün bu deyilənlərin cənab nazirin xidməti avtomobili ilə heç bir əlaqəsi, bağlılığı yoxdur. Sadəcə, müxbir gördüyü xırda qayda pozuntusunu həddindən artıq şişirdib”.