Ramin Quluzadə əfqanıstanlı nazirlə görüşdü

Ramin Quluzadə əfqanıstanlı nazirlə görüşdü
Oxunma sayı: 407

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Əfqanıstan Maliyyə naziri Məhəmməd Humayun Qayuminlə görüşüb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, görüşdə iki ölkə arasında nəqliyyat, tranzit, eyni zamanda informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub. Həmçinin, qeyd olunan istiqamətlərdə birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, əfqanıstanlı nazir Azərbaycan hökuməti ilə Əfqanıstan İslam hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasında iştirak etmək məqsədilə Bakıya səfər edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi