Ramin Quluzadə ilə görüş vaxtı dəyişdirildi

ramin-quluzade-ile-gorus-vaxti-deyisdirildi
Oxunma sayı: 2270

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 16-da Saatlı şəhərində vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.
 
Nazirliyin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nazir fevralın 23-də saat 12:30-da Saatlı şəhərində Saatlı, Hacıqabul, Sabirabad rayonlarının və Şirvan şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
 
Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı telefonlara zəng etmələri xahiş olunur.
 
Saatlı rayonunda                      0212852123
Şirvan şəhərində                      021 2151515
Hacıqabul rayonunda                021 2043101
Sabirabad  rayonunda               0212355155