Ramin Quluzadə Dövlət Dəniz Agentliyində - Tapşırıqlar verdi

ramin-quluzade-dovlet-deniz-agentliyinde
Oxunma sayı: 6914

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün Dövlət Dəniz Agentliyində olub. 

“Qafqazinfo”nun “Modern.az”a istinadən verdiyi məlumata görə, nazir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibinə daxil edilən Agentliyin fəaliyyəti, görülən işlərlə tanış olub və müvafiq tapşırıqlarını verib.
 
Qeyd edək ki, prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunun təsdiq edilməsilə bağlı fərman imzalayıb. Fərmana əsasən, Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi, Dövlət Mülki Aviasiya Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılır.
 
Dövlət Dəniz Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyi Ramin Quluzadənin rəhbərlik etdiyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibinə daxil edilib.