Ramin Quluzadə Yevlaxda görüş keçirdi - Fotolar

Ramin Quluzadə Yevlaxda görüş keçirdi
Oxunma sayı: 695

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Yevlaxda vətəndaşlarla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Yevlax, Tərtər, Ağdam və Bərdə rayonlarının sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətləri dinlənilib və əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. 

Regiona səfəri çərçivəsində nazir aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə  müşavirə keçirib.

Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi