Ramiz Əzizbəylinin vəziyyəti necədir?

ramiz-ezizbeylinin-veziyyeti-necedir
Oxunma sayı: 1478

Xalq artisti Ramiz Əzizbəyli bir həftə bundan əvvəl xəstəxanaya yerləşdirilib.  Məşhur aktyor Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə müalicə alıb.  Bu barədə “Qafqazinfo”ya aktyorun qızı Xədicə Əzizbəyli məlumat verib. O, atasının vəziyyətinin hazırda yaxşı olduğunu qeyd edib:

“Uzun müddətdir ki, ayağı ilə bağlı dərmanlar qəbul edirdi. Onlar əks təsir göstərmişdi. Bu da diareya (ishal) əmələ gətirmişdi. Bununla bağlı bir həftə xəstəxanada qaldı. İndi isə evə buraxılıb, vəziyyəti yaxşıdır. 

Xatırladaq ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Onun bir ayağındakı barmaqları amputasiya edilib.