Ramiz Mirzəyevin oğlu qəzada həlak oldu - Foto

ramiz-mirzeyevin-oglu-qezada-helak-oldu
Oxunma sayı: 13399

Mərhum AFFA prezidenti Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən gecə avtomobil qəzasında həlak olub.

"Qafqazinfo" olimpsport.az-a istinadən xəbər verir ki, Anar Mirzəyev bu gün doğulduğu Tovuz rayonunun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

Xatırladaq ki, ötən il Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev də avtomobil qəzasında həlak olmuşdur.

***

1985-ci il təvəllüdlü Anar Mirzəyev Sabirabad rayonunda “Jeep” markalı maşında kanala düşüb. Xilasedicilər onun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.