Ramiz Rzayevin kürəkəninə yeni vəzifə

ramiz-rzayevin-kurekenine-yeni-vezife
Oxunma sayı: 15110


Həmin məlumatda bildirilirdi ki, Zakir Qaralovun müvafiq əmrləri ilə Nazim Rəcəbov Baş Prokurorluğun Kadrlar Idarəsinin, Erkin Əlixanov isə Beynəlxalq Əlaqələr Idarəsinin rəisi vəzifələrinə təyin ediliblər. Nazim Rəcəbov bundan əvvəl Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, daha əvvəl isə prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, Erkin Əlixanov isə Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

“Qafqazinfo” xəbər verir ki, “Azadlıq” qəzetinin yazdığı xəbərə görə, Erkin Əlixanov Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovun oğludur. Erkin Əlixanov həmçinin Ali Məhkəmnin sədri Ramiz Rzayevin kürəkənidir.