Ramos cəzalana bilər

ramos-cezalana-biler
Oxunma sayı: 2260

Ötən gün Çempionlar Liqasının 1/4 finalında "Real" doğma divarlar arasında "Yuventus"a 1:3 hesabıyla məğlub olsa da, iki görüşün nəticəsinə görə yarımfinala yüksəldi.

“Qafqazinfo” xəbər verir ki, ilk qarşılaşmada sarı vərəqə alaraq cəzalı duruma düşən Madrid klubunun müdafiəçisi Serxio Ramos oyunu tribunadan izləyib. Lakin son dəqiqələrin daha gərgin keçdiyini görən Ramos tribunadan meydanın qırağına gəlib. O, matçı sona kimi meydanın kənarından izləyib və komanda yoldaşlarına dəstək olub. AS qəzetinin məlumatına görə, UEFA Ramosu bu addımına görə 1 oyunluq cəzalandıracaq. Çünki cəzalı oyunçunun meydanın kənarında dayanmaq hüququ yoxdur.