“Ramos peşman olacaq”

ramos-pesman-olacaq
Oxunma sayı: 644

İspaniya La Liqasının 33-cü turunda "Barselona" səfərdə əzəli rəqibi "Real"ı məğlub edib.

"Qafqazinfo" xəbər verir ki, qarşılaşmadan sonra Kataloniya klubunun müdafiəçisi Jerar Pike matçda qırmızı vərəqə alan Madrid təmsilçisinin kapitanı Serxio Ramos haqda danışıb. Pike Ramosun peşman olacağını deyib: "Ramos evə gedəndə, açıq-aşkar qırmızı vərəqə olduğunu görəcək. Həmin epizodu təkrar izləyəndə isə peşman olacaq. 100 faiz qırmızı vərəqə idi. Qırmızı vərəqədən sonra Ramos mənə işarə etdi, amma qərar düzgün idi. "Santiaqo Bernabeu"da hakim yaxşı oyun idarə edəndə "pis insan" adını alır".