Ramzan Kadırov İnquşetiya prezidentini hədələdi

ramzan-kadirov-inqusetiya-prezidentini-hedeledi
Oxunma sayı: 632

APA-nın məlumatına görə, həmkarını çeçen və inquş xalqları arasında münaqişə yaratmaqda ittiham edən Kadırov bildirib ki, Yevkurov bu əməllərinə görə bu gün-sabah cavab verəcək.

Kadırovun bu bəyanatı Çeçenistan administrasiyasının rəsmi saytında yayımlanıb. Bəyanatda deyilir ki, iki respublika arasında sərhəd problemini həll etmək asan məsələdir: “Sərhəd məsələsini asanlıqla həll etmək olar. Bunun üçün ilkin mövqelərə qayıtmaq, bütün normativ aktları, pozuntularla qəbul olunmuş qanun və sənədləri ləğv etmək, sonra sakit şəraitdə bütün məsələləri müzakirə etmək lazımdır. Yevkurov Kremldə əldə olunan razılaşmanı pozub. Razılaşmaya əsasən, iki respublika arasında sərhədlər münasib şərait yarandıqdan sonra müəyyənləşməli idi. Bu razılaşmaya Ruslan Auşev də, Murat Zyazikov da əməl etmişdi, Yevkurov isə addım-addım münaqişəyə yaxınlaşır. Yevkurov peyda olana kimi iki xalq arasında heç vaxt münaqişə olmayıb. Lakin o da xalqlarımız arasında münaqişə yarada bilməz”.