Ramzan Kadırov məşhur aktyora vətəndaşlıq təklif etdi

ramzan-kadirov-meshur-aktyora-vetendasliq-teklif-etdi
Oxunma sayı: 640

“Qafqazinfo” türk mətbuatına istinadən xəbər verir ki, Jerar Depardyenin baş nazir Jan-Mark Eyroya məktubunda “ Alın pasport, sizin olsun..” deməsi Çeçenistanda böyük marağa səbəb olub. Prezidenti Ramzan Kadırov Çeçenistanda aktyora vətəndaşlıq verilə biləcəyəni bildirib.

Ramzan Kadırov media nümayəndələrinə verdiyi açıqlamada bildirib ki, Jerar Depardyenin Fransa vətəndaşlığından imtina etməsinin məntiqli olduğunu vurğulayıb: “Jerar Depardye kimi bir aktyor bu addımı atıbsa deməli bunda məntiqli bir səbəb var. Aktyorun Rusiyaya böyük marağı olduğunu bilirəm. Əgər vətəndaşlıqla bağlı müraciət etsə ona lazım köməkliyi göstərməyə hazıram”.

Qeyd edək ki, Jerar Depardye Fransadan köçərək Belçikada yaşamağa qərar vermişdi. Onun bir çox varlı fransızlar kimi sosialistlərin hakimiyyətə gəlməsindən sonra artan vergilərdən yaxa qurtarmağa çalışdığı bildirilir.