“Range Rover”in sürücüsü azadlığa, “015”in sürücüsü həbsə...

“Range Rover”in sürücüsü azadlığa, “015”in sürücüsü həbsə...
Oxunma sayı: 3019

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilənlər – Qərib Eyvazlı və Əli Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Q.Eyvazlı 8 il müddətinə azadlıqdan məhrum edilib.

“Range Rover”in sürücüsü Ə.Abdullayevin isə günahsız olduğu qənaətinə gəlinib və ona bəraət hökmü verilib. Ə.Abdullayev məhkəmə zalından azadlığa buraxılıb. 

İttihama görə, Q.Eyvazlının idarə etdiyi “VAZ 21015” markalı avtomobillə Ə.Abdullayevin idarə etdiyi “Range Rover” markalı maşın toqquşub. Nəticədə, Q.Eyvazlının sərnişinləri – Ramiz Muradov və Elgün Məmmədov vəfat edib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi