“Range Rover”lə qəza törədən şəxs məhkəməyə çıxarılır

“Range Rover”lə qəza törədən şəxs məhkəməyə çıxarılır
Oxunma sayı: 1018

Bu ilin iyun ayında “Range Rover”lə qəza törədərək iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən polis əməkdaşı Xəyal Məmmədovun cinayət işi üzrə istintaq yekunlaşıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Yaxın günlərdə məhkəmə prosesinin ilk iclası təyin ediləcək. 

Qeyd edək ki, iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Hadisədən sonra başından xəsarət alan sürücüsü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb.

Daha sonra həmin sürücünün şəxsiyyəti müəyyən edilib və o həbs olunub. Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

Murad Əhməd 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi