“Rasim Balayevə dəstəyəm” - Efirlə vidalaşan Nailə

rasim-balayeve-desteyem
Oxunma sayı: 13948

Uzun müddətdir ki, efirlərlə vidalaşan Azərbaycanın əməkdar artisti, televiziya aparıcısı Nailə İslamzadə “Zaurla günaydın” proqramına qonaq olub. 

“Qafqazinfo” xəbər verir ki, N. İslamzadə xalq artisti Rasim Balayevin televiziyalarla bağlı söylədiyi tənqidi fikirləri dəstəkləyib: “Efirə müxtəlif insanlar çıxa bilər. Azərbaycan kiçik bir yerdir. Bir nəfəri eyni kanallarda görə bilərik. Bayaq reklamarası söhbət etdik. Belə insanları efirə qonaq çağırarıq. Amma ona nə suallar veririk, hansı tərəfdən baxırıq.

Efirə dəvət olunan adamlar eyni əxlaqa sahib ola bilməz. Müğənnidirsə müğənniliyini, alimdirsə alimliyini etsin. Yanaşma fərqli olmalıdır. Rasim Balayevin televiziyalarla bağlı söylədiklərinə dəstək verirəm. Qonağı efirə əvət edən insanların müəyyən sözü deməyə mənəvi haqları olmalıdır”. 

Qeyd edək ki, R. Balayev kanallar haqda belə açıqlama vermişdi: “Əxlaqsız adam mənə əxlaqdan, rüşvətxor adam mənə rüşvətdən, ağılsız mənə ağıldan dərs deyir. Nə cürə geyinib səhnəyə, ekrana çıxırlar. Yaxşı, bunların öz yiyəsi, əri, qardaşı, bacısı yoxdur. Bəs bu televiziyanın sədri yoxdur?”