Rasim Əliyevlə bağlı sərəncam

rasim-eliyevle-bagli-serencam
Oxunma sayı: 3878

Azərbaycan Prezidenti İlham Əliyev memar Rasim Əliyevlə bağlı sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rasim Həsən oğlu Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan SSRİ əməkdar memarı, Dövlət mükafatı laureatı olan Rasim Əliyevin sabah 84 yaşı tamam olur.