Ratakovski ilin qadını oldu - Fotolar

ratakovski-ilin-qadini-oldu
Oxunma sayı: 3741

Məşhur model Emili Ratakovski “GQ” Avstraliyada təşkil etdiyi “İlin kişiləri” mükafat mərasimində iştirak edib. “Qafqazinfo” xəbər verir ki, 27 yaşlı Emili Sidneydə baş tutan dəbdəbəli gecədə “İlin qadını” adına layiq görülüb. 

Tədbirin ulduzuna çevrilən model səhnəyə çıxaraq hər kəsə təşəkkürünü bildirib və hərtərəfli bir qadın olduğunu vurğulayıb. 

Bundan əlavə, Ratakovski mərasimdə geyimi ilə də diqqət çəkib. O, bu dəfə “Paco Rabanne” brendinə müraciət edib. 

Qeyd edək ki, Emili 6 milyon dollarlıq gəliri ilə ən çox qazanan modellər siyahısındadır.